Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / Bakının məşhur restoranında biabırçılıq – FOTO

Bakının məşhur restoranında biabırçılıq – FOTO

Bakının mərkəzində yerləşən “Confetti” restoranında biabırçı olay yaşanıb.

Azinforum.az azxeber.com-a istinadən xəbər verir ki, restorana gələn müştərilərdən biri ofisiantdan telefonunun enerjisinin doldurulmasını xahiş edib. Sonda isə hesab gələrkən müştəri təəccüblənib. Belə ki, hesabda “zaryadka – 1 manat” sözü yazılıb.

Maraqlıdır ki, 90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.
Həmin fotonu sosial şəbəkədə paylaşan xanım şokda olduğunu deyib və bu statusu onlarla insan paylaşıb, restoranı tənqid edib.
Onu da qeyd edək ki, hesabın türk dilində yazılması da birmənalı qarşılanmayıb.
1718

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın