Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bakıda İremin konsertində evlilk təklifi edildi — VİDEO

Bakıda İremin konsertində evlilk təklifi edildi — VİDEO

Ötən gün türkiyəli məşhur müğənni İrem Derici paytaxtımızın qonağı olub. 

Müğənni “Elektra Events Hall”da sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edib. 


Müğənni konsertdən öncə mətbuatın qarşısına keçərək sualları cavablandırıb. İrem Azərbaycanı çox bəyəndiyini hətta burada yaşamaq istədiyini dilə gətirib. 
 

“Artıq türk kişilərindən bezdim, istəyirəm ki, Azərbaycanlı bir bəylə evlənim. Azəri gəlini olsam hətta gəlib, burada da yaşaya bilərəm. Ümumiyətlə sevgim üçün hər şeydən qurban keçən bir insanam”. 

 
Konsert maraqlı anlarla yadda qalıb. Belə ki, müğənni “Aşk eşitdir bizi” mahnısını ifa edərəkən onu izləməyə gələn fanatları bir-birlərinə evlilik təklifi ediblər. Bunu görən İrem cütlüyü səhnəyə dəvət edib. 
 

Konsertdən özəl görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …