Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Zeynəb Xanlarovanın dairəsindən onun namizədliyi verildi

Zeynəb Xanlarovanın dairəsindən onun namizədliyi verildi

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Elman Mikayılovun namizədliyini irəli sürüb.

Axşam.az xəbər verir ki, uzun illərdir bu dairədən millət vəkili xalq artisti Zeynəb Xanlarova olub. Hakim partiyanın atdığı bu addımı bir ilk saymaq olar. Belə ki, YAP bu müddət ərzində Zeynəb Xanlarovanın dairəsindən namizəd irəli sürməyib.

Qeyd edək ki, Zeynəb Xanlarova 1995-ci ildən etibarən millət vəkilidir. Onun növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil. Xalq artisti bununla bağlı açıqlama verməyib.

Bir neçə gün öncə mətbuatda xalq artistinin Amerikaya köçdüyü və orada öz adına xeyriyyə fond yaratdığı haqda xəbərlər yayılmışdı.

YAP-ın namizədliyini irəli sürdüyü Elman Mikayılov isə Qobustan Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …