Cümə axşamı , İyun 4 2020
Ana səhifə / Şou Biznes / BAKIDA DAHA BİR İNSANLIQ DRAMI: – Feysbuk dostunun ölümündən yazdı, iki gün sonra intihar etdi

BAKIDA DAHA BİR İNSANLIQ DRAMI: – Feysbuk dostunun ölümündən yazdı, iki gün sonra intihar etdi

İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.

Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
BAKIDA DAHA BİR İNSANLIQ DRAMI:

Həmçinin oxuyun

Azərbaycanlı müğənniyə oğlundan şok ittiham: “Məni döyüb, ayağımı stula bağlayırdı”

“Canlı efirə zəng etməkdə məqsədim bu məsələyə birdəfəlik son qoymaqdır. Dürdanə xanım doğru danışmır. Ailəmiz və …

Bir cavab yazın