Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Şou Biznes / Bakıda 1 milyon manatlıq maşın sürən tələbə kimdir? – FOTO

Bakıda 1 milyon manatlıq maşın sürən tələbə kimdir? – FOTO

Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Criminal.az-ın verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.

“Lamborghini Aventador LP-740” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə “Şərur” MTK-nın sədri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilir.

Lakin iş adamı hələ 2 il bundan öncə mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi.

t

Həmçinin oxuyun

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib. Publika.az xəbər verir ki, mahnının …

Bir cavab yazın