Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Bəzilərinin hətta iki ata-anası var və heç hansından olublar, özləri də bilmirlər…” – Əli Mirəliyev

“Bəzilərinin hətta iki ata-anası var və heç hansından olublar, özləri də bilmirlər…” – Əli Mirəliyev

“Bunların hamısı ədəbazlıqdır. Sən oxuya bilmirsən, amma mühafizəçiylə gəzirsən. Adama sual verərlər ki, kimdən qorxursan? Əgər sən bu millətin müğənnisi, Xalq artisti, Əməkdar artistisənsə, millətdən niyə qorxursan?!”.

Bunu müğənni Əli Mirəliyev mühafizəçiylə gəzən, geyimlərini reklam edən müğənnilər haqda danışarkən deyib. Ə.Mirəliyev ömür boyu mühafizəçisiz gəzdiyini və indiyə kimi elə bir problemlə rastlaşmadığını bildirib: 

“Mən yaşlı kişiyəm, gəncliyimdən üzü bəri tək gəzirəm, heç kim mənə heç nə deməyib. Rəhmətlik Əməkdar artist Baloğlan Əşrəfov tək gəzirdi, telefona da özü cavab verirdi. İndiki müğənnilərin mətbuat katibləri, prodüserləri var. Guya bu kimə lazımdır. Həmin müğənnilər qiymətlərini qaldırmaq üçün özlərinə prodüser təyin edirlər. Bu müğənnilər oxumaqla dəbə düşə bilmədikləri üçün, bunu geyimləri ilə həyata keçirmək istəyirlər. Geyimlərini, arvadlarını, keçmiş atalarını, analarını reklam edirlər. Bəzilərinin iki ata-anası var və heç hansından olublar, özləri də bilmirlər”. 

Ə.Mirəliyev muğam ifaçılarını həmin müğənnilərə örnək göstərib:

“Muğam ifaçılarından birinə zəng vurun görəcəksiniz ki, telefona özləri cavab verir. Niyə? Çünki onlar oxuyandırlar. Amma bunların Zamiqi, o birisi, bu birisi oxuyan deyillər. Dədəmin goru haqqı bunların heç biri oxuyan deyil. Ona görə həmin müğənnilərə məsləhət verirəm ki, oxumağı öyrənin, düzgün ifa edin. Azərbaycan musiqisinə düzgün münasibət bəsləyin”. 

Ə.Mirəliyev oxuya bilməyən müğənnilərə iş yeri də təklif edib:

“Əgər bunu bacarmırsınızsa, gedin başqa sahədə özünüzü yoxlayın. Maşallah olsun bu gün Qarabağda iş yerləri açılıb, təklif edirəm ki, həmin müğənnilər gedib orda işləsinlər. Müğənni olmaq o qədərmi vacibdir? Əl çəkin də bu oxumaqdan. Kişi də şalvarını, kəmərini reklam edər? Milləti niyə avam yerinə qoyursunuz? Artıq insanlarımız da ayılıb və bilirlər ki, qara və ağ kimdir. Ona görə Tolik hərdən düz danışır. Bu, “dəlidən doğru xəbərdir”. (Gülür)

Qeyd edək ki, prodüser Tolik də (Tahir Əliyev) mühafizəçi ilə gəzən müğənniləri tənqid edib. /Moderator.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …