Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Bəyəm avtoritetəm, məni öldürəcəklər?” – Tacir Şahmalıoğlu

“Bəyəm avtoritetəm, məni öldürəcəklər?” – Tacir Şahmalıoğlu

Bu şəkil müğənnini özündən çıxarıb.
Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında bunları deyib:
“15 il əvvəl çəkilmiş şəklimi ortaya niyə çıxarırlar, bilmirəm. Mən bəyəm avtoritetəm? Kriminal aləmin adamıyam? Müğənniyəm, toyda oxumuşam. Həmin adamlar da toyda qonaq olublar. Ürəyim istəyib, onlarla birgə şəkil çəkdirmişəm. Burda nə var axı? Buna görə məni öldürməyəcəklər ki? Bəyəm Hikmətlə Mamed balaca adamlar olub? Onlar yaxşı oğlan kimi ad çıxarıblar. Boş-boş söhbətlərlə məni gündəmə gətirmək kimin nəyinə lazımdır? Qoyun oturmuşam yerimdə, sənət adamıyam, sənətimlə məşğulam”.
Qeyd edək ki, foto ölkə.az saytında yayımlanıb. “Masallı Mamed” ləqəbi ilə tanınan Məmməd Hüseynov 2011-ci ildə həbsxanada vəfat edib. Sabirabadlı Hikmət isə 2006-cı ildə Moskvada qətlə yetirilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …