Ana səhifə / Şou Biznes / Azərbaycanlı idmançı ilə döyüşdə təxribata əl atan erməni yarışdan qovulub

Azərbaycanlı idmançı ilə döyüşdə təxribata əl atan erməni yarışdan qovulub

Vartan Asatryan rinqdə qondarma “DQR”nın bayrağını nümayiş etdirib

“Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub.

“Report”un qurumun saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.

Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə etik normaların pozulması göstərilib. Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində bu məsələyə dair bəndlər var:

“Anlaşmada həmin bəndlərə mütləq əməl olunması tələbi əksini tapıb”.

Qeyd edək ki, Krasnodarda yaşayan Vartan Asatryan Elnar İbrahimovla döyüşə üzərində Rusiya və Ermənistanla yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının bayraqlarının əks olunduğu şortiklə çıxıb. Həmin şortikdə həm də qondarma erməni soyqırımından bəhs edən təsvir olub. Asatryan İbrahimovu məğlub etdikdən sonra isə rinqdə qondarma qurumun bayrağını nümayiş etdirib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın