Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / AZAY QULİYEV PARLAQ QƏLƏBƏ QAZANDI – FOTOLAR

AZAY QULİYEV PARLAQ QƏLƏBƏ QAZANDI – FOTOLAR

Şura üzvlüyünə “Təhsil, elm və mədəniyyət” qrupu üzrə keçirilən seçkinin nəticəsi məlum olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Təhsil, elm və mədəniyyət” qrupu üzrə seçki keçirilib.
İclasa açıq səsvermə ilə Məhərrəm Zülfüqarlı sədr, Venera Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Məhərrəm Zülfüqarlı iclasda qeydə alınmış 100 QHT nümayəndəsindən 98-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.
Şura üzvlüyünə namizədlər “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Etibar Əliyev, “İntellekt” Elmi-texniki İnkişafa Dəstək İctimai Birliyinin sədri Yasin Kərimov, Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri Azay Quliyev, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev, “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov iclasda çıxış ediblər. Etibar Əliyev namizədliyini Azay Quliyevin xeyrinə geri götürdüyünü açıqlayıb.
Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Azay Quliyev (95 səs), Yaşar Zeynalov ( 15 səs) və Yasin Kərimov (10 səs) olub.
Qeyd edək ki, sabah “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçkilər keçiriləcək.

S2

S3

 

S4S1

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın