Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərin Türkiyənin məşhur serialında – Video

Azərin Türkiyənin məşhur serialında – Video

Əməkdar artist Azərin də Fox TV-də yayımlanan “Savaşçı” serialında yer alıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni reytinqli ekran işinin ötən günkü buraxılışında epizodik rolla çıxış edib.  

O, əsgərlərin qarşısına çıxaraq “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. Azərinin sözügedən görüntüləri də sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, “Savaşçı”da aktyor-rejissor Kənan Mahmudov da rol alır. O, filmdə türk ordusunda xidmət edən azərbaycanlı zabit obrazını canlandırır.

 

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …