Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı aktyorun çəkildiyi filmdə böhran

Azərbaycanlı aktyorun çəkildiyi filmdə böhran

Azərbaycanlı aktyor Kənan Mahmudovun rol aldığı “Savaşçı” serialının maliyyə problemləri ilə üzləşdiyi deyilir.

Publika.az xəbər verir ki, ekran işinin Eskişehirdəki çəkilişi zamanı problem yaranıb və çəkiliş dayandırılıb. Buna səbəb maliyyə məsələləri olub. Bəzi aktyor və işçilər pulları ödənilmədiyi üçün əməkdaşlığı dayandırıb. Onlar sosial şəbəkədə şikayət məktubu yayıblar.

Mövzu ilə bağlı Kənan Mahmudovla əlaqə saxladıq. O, bildirib ki, xəbərlər əsassızdır: “30 martda Türkiyədə bələdiyyə seçkiləri var deyə serial bu gün yayımlanmayacaq. Bu qədər, başqa hər hansı problem yoxdur”.

Qeyd edək ki, serialda Berk Oktay, Murad Serezli, Sarp Levendoğlu və Yıldız Çağrı Atiksoyla yanaşı azərbaycanlı rejissor Kənan M.M. də çəkilir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …