Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın xalq aristi Gülyanaq Məmmədova: “Telekanallar inciməsin, amma….”

Azərbaycanın xalq aristi Gülyanaq Məmmədova: “Telekanallar inciməsin, amma….”

Xalq artisti Gülyanaq Məmmədova “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədrin təyin olunmasından sonra kanalda böyük islahatların aparıldığını bildirib. 
Xanəndə Moderator.az-ın əməkdaşına, “Rövşən Məmmədov işinin peşəkarıdır, gözləntilər böyükdür. Dövlət televiziyamız həmişə ana televiziyamız olub. Hələ uşaqlığımızdan gözümüzü açıb dövlət televiziyasına baxmışıq.  Bütün kanallarımız gözəldir, hamısı öz yerində, amma hamısının başında Azərbaycan Dövlət Televiziyası dayanır. İnciməsin heç kim. Hamısı da ordan qaynaqlanıb. O məktəbdən keçib”, – deyə yeni sədrə uğurlar arzulayıb:
“Mən hər halda, bildiyimdən deyirəm ki, hamı ordan püxtələşib. AZTV və Mədəniyyət kanalımız son vaxtlar bir-birindən maraqlı, baxımlıdır, dəyişikliyi də hiss edirik gözəlliyə doğru. Gülyaz xanım da, mən də AZTV-nin solistləriyik”. 
O ki qaldı telekanallardakı hərbi vətənpərvərliklə bağlı verilişlərin azlığına, Gülyanaq Məmmədova bu işdə kanal rəhbərlərinin mənafeyini əsas gətirdi:
“Mən TV-lərimizin işinə qarışa bilmərəm. Rəhbərlik var, hansı verilişə necə, nə cür yanaşmaları da özlərindən aslıdır. Amma düşünürəm ki, torpaqları işğalda olan bir ölkə üçün hərbi verilişlərin coxluğuna gərək var, əlbəttə ki”.  

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …