Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda bəxt açan eşşək – 100 manata

Azərbaycanda bəxt açan eşşək – 100 manata

Qubada bəxt açan uzunqulaq var.

Nügədi kənd sakini İbrahim Seyidov Donqoşla şəkil çəkdirənlərdən pul qazanmaq məqsədilə onu bəzədi. Lakin ona gələn hədiyyələrdən sonra uzunqulaq kənddə bəxtaçan kimi tanınmağa başladı.

İbrahim Seyidov (uzunqulağın sahibi): “İlk gün eşşəyi gətirdim bir qız tərsinə mindi. 1 ay sonra qız evləndi. Mənə maşınla xonça gətirdilər. Buna minən qızların bəxti açılır. Şəkil çəkdirmək üçün 1 manat alıram. Bəxt açdırmaq üçün 100 manat alıram. Hər gün 20-60 manat arası qazanıram”.

Uzunqulağın sahibi deyir ki, bəxtin açılması üçün əməl olunmalı qaydalar var. Bunun üçün gənc qızlar Donquşun üzərinə tərsinə oturmalıdır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın