Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan boksçusu tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib

Azərbaycan boksçusu tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.

Avqustun 21-də saat 22:00-da başlanacaq final görüşündə Azərbaycan boksçusunun rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın