Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək.
“Report” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdiriləcək. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.
Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə hakimlər təyin ediləcək. Belə ki, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın