Cümə , Sentyabr 20 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanda 50-60 manata eşşək pendiri satılır

Azərbaycanda 50-60 manata eşşək pendiri satılır

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Bir çox mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır.

Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Deyilənə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

Cebhe.info suallara cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb.

Y.Xanvəli sözügedən sayta açıqlamasında Azərbaycanda belə fermaların olmadığını deyib: “Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır”.

Həmçinin oxuyun

“Uşağını küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşayır. Unikal.org  xəbər verir ki, bu gün …

Bir cavab yazın