Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / “Azərbaycan” kinoteatrı bərpa edildi – FOTOLAR

“Azərbaycan” kinoteatrı bərpa edildi – FOTOLAR

Bir müddət əvvəl bağlanan “Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi kimi fəaliyyət göstərəcək kinoteatr tamamilə yenidən qurulub və yanvarın 21-də ilk açılış mərasimi keçirilib.
“Azərbaycan kinoteatrı” əfsanə qayıtdı!” – şüarı ilə start götürən kinoteatrın açılış mərasiminə maraq böyük olub. Açılış mərasiminə bir çox məşhurlar iştirak qatılıb.
İlk olaraq tədbirin təşkilatçıları kinoteatrla bağlı qonaqlara məlumat veriblər. Daha sonra fəxri qonaq qismində Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova söz alıb.
Xalq artisti tarixi kinoteatr haqqında xatirələrini bölüşüb: “Əminəm ki, bu kinoteatrın həyatı çox uğurlu olacaq. Arzu edirəm ki, burada gözəl festivallar, filmlər görək. Çünki illər öncə məs burada biz ən yaxşı filmləri izləmişik. İstərdim ki, tarixi olan bu kinoteatra hamı tez-tez gəlsin, bol tamaşaçısı olsun. Biz bu kinoteatrı çox sevmişik. Ömrümüz demək olar ki, burada keçib. Dünyanın ən yaxşı, ən uğurlu filmləri burada gedib. Əminəm ki, bu kinoteatr sizin də sevimli yeriniz olacaq”.
 
Tədbirdə çıxış edən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Cəfər Abdullazadə bunları deyib: “Bu, bizim sonuncu layihəmiz deyil. Yenə davamlı işlərimiz olacaq. Amma bu məkan, bu ad bir əfsanədir, bu əfsanənin qayıtmasında “CinemaPlus”un rolu olduğu üçün şəxsən mən qürur duyuram”.
Köhnə adda, amma yeni dizayn və tərtibatla qurulmuş kinoteatrda dünya standartlarına cavab verən ikimərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolarla təchiz olunub.
Xüsusi zövqlə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və VIP-bar xidmətlərindən istifadə edə bilərlər. Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb.
Burada fiziki məhdudiyyətli vətəndaşlarımız da nəzərə alınıb. Belə ki, liftin köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki məhdudiyyətli insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin, əlil arabalı izləyici üçün zallarda xüsusi yerlər quraşdırılıb.
Qeyd edək ki, “Azərbaycan” kinoteatrı uzun müddət fəaliyyətsiz qaldıqdan sonra buranın tamamilə söküləcəyi xəbəri yayılmışdı. Bir müddət sonra teatr təmirə bağlandı. Köhnə əşyalar çıxarıldı. Binanın bir hissəsində “Hard Rock” kafe açıldı. Digər hissəsi isə artıq müasir kinoteatr kimi fəaliyyətə başladı.














Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın