Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Aynişan Filipp Kirkorovu “topa tutdu“ – “Siz düşmənə çörək verəndə…“

Aynişan Filipp Kirkorovu “topa tutdu“ – “Siz düşmənə çörək verəndə…“

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva Rusiyanın Xalq artisti Filipp Kirkorovun erməni ordusuna pul köçürməsi xəbərinə etiraz edib.

Bu barədə yazan Aynişan erməni əsilli sənətçilərin Azərbaycana gətirilməsini yanlış addım kimi dəyərləndirib:

“Zamanında erməni əsilli müğənnilərin Azərbaycanda konsert verməsinə xalq öz etirazını etmişdi. Dinləyən, hissləri vacib sayan olmadı. Gəldilər, çıxışlarını etdilər,alqışlandılar, əla qonorarlarını da aldılar, hətta istirahət belə eləyib, döndülər. İndi isə Filipp Kirkorovun Ermənistan fonduna 30 min dollardan çox pul köçürdüyünün şahidi oluruq. Bəs nə bilmişdiniz? Siz düşmənə çörək verəndə, o da elə öz əlimizlə özümüzü vuracaqdı da. Onlara böyük pullar xərclədiyinizə öz sənətkarlarınızı sayıb, onlara heç olmasa pulun yüzdə on faizini verərdiniz, onun da indi gücü çatardı dövlətinə dəstək olmağa. Yoxsa indi boynu bükük, çarəsiz qalmazdılar. Amma indi düşmən elə sizin əlinizlə, verilən pulla sizin vətəndaşlara hücum etməyə dəstək olur!”

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova ötən gün F.Kirkorovla telefon əlaqəsi yaratdığını, onun məlumatı təkzib etdiyini bildirib:

“Son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filipplə əlaqə saxlamağı özümə borc bildim və hər şeyi danışdıq. Filipp mənə dedi ki, “Aygün, elə bir şey yoxdur və ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb”. 

Xatırladaq ki, bir neçə gün öncə Rusiya estradasının kralı Filipp Kirkorovun atasının Ermənistan ordusuna maddi yardım etdiyi bildirilirdi. Xəbərə görə, Rusiyanın erməni xalq artisti Bedros Kirkorov (əslində Kirkoryan) Qarabağdakı erməni ordusu üçün 2 milyon 600 min rubl (33 min dollar) toplayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …