Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Aygünün qızından yeni – Fotolar

Aygünün qızından yeni – Fotolar

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova son günlər İnstaqramın ən aktiv istifadəçilərindən birinə çevrilib.

Hər gün bir neçə foto paylaşan müğənni görünüşü ilə də izləyicilərini təəccübləndirib. Bir vaxtlar köklükdən əziyyət çəkən İlqarə hədsiz arıqlayıb.

İzləyiciləri ona pəhrizi ilə bağlı yüzlərlə sual ünvanlayıblar. Bir çoxları isə İlqarəyə bundan artıq arıqlamamağı məsləhət görüblər. Hətta çoxları Kazımovanın anoreksiya olduğunu da qeyd ediblər. Bir vaxtlar artıq çəkili olduğu üçün tənqid edilən müğənninin yenidən kökəlməsini istəyənlər də olub.

İlqarənin ünvanına “Çox arıqlamısınız, bir az kökəlin. Daha bəsdir, pis görünürsünüz. Bizimlə də arıqlama sirrinizi bölüşün” kimi şərhlər yazıblar.

Axşam.az


Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …