Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Ay yazıq qadın…” – Tolik Naziləni “yıxıb sürüdü”

“Ay yazıq qadın…” – Tolik Naziləni “yıxıb sürüdü”

Tanınmış aparıcı, prodüsser Tarix Əliyev şairə Nazilə Səfərli ilə bağlı sərt fikirlər səsləndirib.

Belə ki, Tolik onunla bağlı bu sözləri deyib:    

“Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da ayrı düşmə, hər zaman yanında ol. Bəlkə, arzuların çin olar! Özü də, ay yazıq qadın, Elton səni seçsə idi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona təcili tibbi yardım gəlib. Təcili tibbi yardım gəlsin, elə əzizlərinə!”

Qeyd edək ki, aparıcı dünən canlı efirdəmüğınni Elton Hüseynəliyevlə işbirliyinə son qoyduğunu demişdi və  ad çəkməsə də  N.Səfərliyə ismarıc göndərmişdi: “6 ilə yaxındır prodüseri olaraq çalışdığım Elton Hüseynəliyevlə işbirliyimə son qoyuram. Bu qərarı verməyimdə işlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə Eltonun bəzi işlərində onun yanında ola bilmirəm. Düşünürəm ki, onun yanında həyat yoldaşı, keçmiş prodüseri Tamilla xanım var və bu işin öhdəsindən yetəri qədər gələ bilir. Haşiyədən kənara çıxaraq, bir qadına deyirəm ki, kimlərəsə acıq verib, Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan”. Yenisabah.az

Aça

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …