Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Masonluq üçün Murad Dadaşova müraciət etdilər

Masonluq üçün Murad Dadaşova müraciət etdilər

Azərbaycanın Xalq artisti, məşhur şoumen Murad Dadaşov sosil şəbəkədə maraqlı paylaşım edib.

Aktyor izləyicisindən ona gələn mesajı paylaşıb. Belə ki, izləyicisi onun “mason” olduğunu bildiyini yazıb və ondan həmin təşkilata üzv olmaq üçün köməklik istəyib:

“Salam, Murad Dadaşov, xahiş edirəm, məni oxuyasınız. Mən sizin mason olduğunuzu bilirəm, Sizdən yardım istəyirəm. Mən də mason olmaq qərarına gəlmişəm, üzv olmaq üçün məni yönləndirə bilərsinizmi?”

Şoumenin bu paylaşımına sənət dostları da rəy bildirib. Onlar arasında müğənni Azad Şabanov, aparıcı Tarix Əliyev (Tolik), Fatimə Fətəliyeva, İlkin Həsəni  olub. Aktyor Bəhram Bağırzadə “Nömrəmi ver” – deyə zarafatyana şərh yazıb.

Qeyd edək ki, internet resuslarında yazılanlara görə, masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır. Bəziləri deyir ki, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Lakin çoxları da qeyd edir ki, masonluq dünyada siyasi çaxnaşmaların, humanitar fəlakətlərin yaradılması, onun idarə edilməsində çox maraqlıdır. Və bu məqsədlərini həyata keçirmək üçün müxtəlif taktika və strategiyalardan istifadə edirlər. Yenisabah.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …