Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Aşıq Ələsgərin nəticəsindən deputata sərt cavab: “Az qala onu “qəhrəman” etməyə çalışırlar”

Aşıq Ələsgərin nəticəsindən deputata sərt cavab: “Az qala onu “qəhrəman” etməyə çalışırlar”

Bu günlərdə Nazir Əhmədlinin işıq üzü görən “Haqq-nahaqq seçilər haqq divanında” kitabı Qərbi Azərbaycandan olan xeyli ziyalının etirazına səbəb olub.

Etiraz edənlər N.Əhmədlinin  tarixi Azərbaycan torpaqları olan Göyçə mahalının ermənilərin milli maraqları naminə saxtalaşdırıldığını, ermənilərin sayının 1831-ci ildə aparılan siyahıyaalmaya görə süni şəkildə artırıldığını, yer-yurd adlarının təhrif olunduğunu, erməniləşdirildiyini, mahalda yaşayıb-yaradan Ağ Aşıq Allahverdinin, Aşıq Alının, Aşıq Ələsgərin doğumları və şəcərələri ilə bağlı məlumatların təhrif edildiyini əsas gətirirlər.
Məsələ ilə bağlı Qərbi Azərbaycandan olan 100-ə yaxın ziyalı toplantı keçirib. 200-ə yaxın ziyalı isə ölkə baççısı İlham Əliyevə, Vitse-Prezident Mehriban xanım Əliyevaya, AMEA-nın Tarix və Folklor İnstitutlarına və digər müvafiq qurumlara müracitə ünvanlayıb, məsələ ilə bağlı tədbir görülməsini xahiş ediblər.
Bu günlərdə isə mətbuata açıqlamasında kitabın elmi redaktoru olan akademik Nizami Cəfərov öz münasibətini bildirib. Onun bu münasibəti cəmiyyətydə birmənalı qarşılanmayıb. Sosuial şəbəkədə müzakirə olunub, akademikə iradlar bildirilibdir.
Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli isə akademikin fikirlərinə bu cür münasibət sərgiləyibdir:
– Biz məsələ ilə əlqadər akademik Nizami Cəfərovun yanında olanda bizə dediyi söhbətlər tamamilə fərqli idi. N.Cəfərov müəllif N.Əhmədlinin onu aldatdığını söylədi, kitabda yazılanlarla bağlı tam məlumatı olmadığını bildirdi. Maraqlıdır ki, son açaqlamalarında fərqli mövqe sərgiləyir, N.Əhmədlini az qala “qəhrəman” etməyə çalışır.
Folklor İnstitunun direktoru Muxtar İmanovun açıqlaması isə bütünlüklə gülünc doğurur. Belə ki, 2 aya yaxındır ki, Folklor İnstitutna məsələ ilə bağlı rəsmi məktubla müraciət etmişik. Həmin məktubdan sonra irad bildirən bir neçə ziyalı ilə institutda M.İmanovun qəbulunda olmuşuq.
M.İmanov yaxın müddətdə institutda məsələnin müzakirə olunacağını, rəsmi münasibət bildirəcəklərini qeyd etdi. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, bu gün verdiyi açıqlamadan məlum olur ki, nəinki məsələni müzakirə etdi, birbaşa Nazir Əhmədlini müdafiəsində dayandı. Biz bunu milli və dövlət maraqlarımıza qarşı yönəlmiş oyun kimi qəbul edirik.
Elə buna görə də, Azərbaycanın dövlət başçısı, Prezident İlham Əliyev cənablarına, I Vitse-Prezident, YUNESKO və USESKONUN xoş məramlı səfiri Mehriban xanım Əliyevaya və digər dövlət orqanlarına göndərdiyimiz müraciətin cavabını gözləyirik. Ümid edirik ki, Ermənistan Milli Arxivinə istinadən yazılmış, tariximizin saxtalaşdırılmasına xidmət edən kitabların məqsəd və məramının təhlükəli olduğu aydınlaşdırılacaq, bu oyunda bulunanlar layiqli cəzalarını alacaqlar!

 

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın