Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Anar Nağılbaz satıcı olmağa razıdır – Elan verdi

Anar Nağılbaz satıcı olmağa razıdır – Elan verdi

Tanınmış reper Anar Nağılbaz 2013-cü ildən bu vaxta qədər işsiz olduğunu deyərək, elan verib.
Axar.az xəbər verir ki, ölkədə və ölkədən xaricdə, o cümlədən ABŞ-da, Avropada müxtəlif işləri icra etdiyini, uşaqlara ingilis dili öyrətmək təcrübəsi olduğunu bildirən A.Nağılbaz işsiz olduğu üçün satıcı işləməyə belə hazır olduğunu qeyd edib.
“Satıcı da olsa, işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa, dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat olun! Allah əmanətində! Amin!” – Nağılbaz elanda qeyd edib.
Xatırladaq ki, A.Nağılbaz “91-lər hərəkatının” üzvü, sabiq deputat, tanınmış jurnalist Rizvan Cəbiyevin oğludur.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın