Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Aktrisaların qarşıdurmasında ŞOK DETAL: “İnsan alveri…” – VƏKİLDƏN İLGİNC AÇIQLAMALAR

Aktrisaların qarşıdurmasında ŞOK DETAL: “İnsan alveri…” – VƏKİLDƏN İLGİNC AÇIQLAMALAR

Türkiyədə yaşayan aktrisa Tünzalə Əliyeva (Tunay) ilə həmkarı Pərvin Abıyeva arasında qarşılıqlı iddialar əsasında məhkəmə çəkişməsi başlayıb.
Moderator.az xəbər verir ki, bu məhkəmə işi ilə bağlı Lent.az-ın suallarını aktrisa Pərvin Abıyevanın vəkili Ceyhun Yusifov cavablandırıb.
– Bu məhkəmə işində müvəkkilinizi nə qədər haqlı sayırsınız?
– Qeyd edim ki, bizim tərəfimizdən qaldırılan iddianın əsaslı olduğunu görən qarşı tərəf istiqaməti yayındırmağa çalışdı. Bunun üçün qarşılıqlı iddia ərizəsi qaldırdılar. İşdən də göründüyü kimi, Tünzalə Əliyeva konkret şərəf və ləyaqəti alçaldan, etik qaydalara uyğun olmayan açıqlama yayıb. Biz də hesab edirik ki, bununla bağlı hərtərəfli araşdırma aparılarsa, düzgün və haqlı tərəfin Pərvin Abıyeva olduğu ortaya çıxacaq.
– Məhkəmə hər hansı bir ekspertiza təyin edibmi?
– Biz ötən prosesdə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət vermişik. Həmin vəsatət gələn prosesdə müzakirəyə çıxarılacaq. Qarşı tərəfin vəkili Adəm Məmmədov da qarşılıqlı olaraq həmin vəsatəti qaldırıb. İnanıram ki, bu tələb təmin ediləcək.
– İşlə bağlı məhkəmədə hansı sübutları ortaya çıxarmısınız?
– Əslində bir çox sübutlar tapmışam. Onları məhkəmə dövründə ortaya qoyacağıq. Bir çox qurumlara, dövlət strukturlarına bunla bağlı sorğular göndərmişik. Sorğular yaxın günlərdə cavablandırılacaq.
– Həmin sübutlar Tunay Əliyevanın hansısa ictimai təhlükəli əməli ilə bağlıdır?
– Bəli, əlbəttə, bununla bağlı bizdə ciddi məlumatlar var. O, əvvəllər də ictimai təhlükəli əməlləri törədib. Biz bununla da bağlı sorğular vermişik. Sorğulara gələn cavablardan sonra deyilənlərin nə qədər düzgün olub-olmadığı ortaya çıxacaq. O zaman biz biləcəyik ki, Tunay Əliyeva bundan qabaq məsuliyyətə cəlb edilib, ya yox?
– Bu əməllərlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılırmı?
– Hazırda o qadınla bağlı müvafiq idarələrin birində araşdırma aparılır. Onun da nəticəsini alıb, məhkəməyə təqdim edəcəyik.
– DİN İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsində aparılan araşdırmanı nəzərdə tutursunuz?
– Bəli, bununla bağlı məlumatımız var. Həmin idarəyə sorğu təqdim etmişik. Çünki bu işlə bağlı bizə bir çox istiqamətlərdən məlumatlar daxil olub. Biz də həmin məlumatları dəqiqləşdirməyə çalışırıq.
– Tunay Əliyevanın Pərvin Abıyevadan başqa kimlərisə təhqir etməsi hallarına rast gəlibsiniz?
– Bəli, Tunay Əliyevanın sosial şəbəkələr vasitəsi ilə müvəkkilimdən başqa şəxsləri də təhqir etdiyi hallar var. Hesab edirəm ki, həmin şəxslər də Pərvin Abıyeva kimi qətiyyətli olaraq onu məhkəməyə verməlidirlər. Cəmiyyətə hörmətsizlik edən bu şəxsin hüquqi müstəvidə cəzasını təmin etmək lazımdır. Həmin şəxsləri də məhkəmələrə müraciət etməyə səsləyirəm.
– Bildiyimizə görə, Tunay Əliyeva Türkiyədə yaşayır. Buna görə də məhkəməyə gəlmir. Bəs sizin müdafiə etdiyiniz Pərvin Abıyeva prosesdə iştirak edir?
– Xeyr, tərəflər prosesdə vəkillər vasitə ilə təmsil olunurlar. Qarşı tərəfi Adəm Məmmədov təmsil edir. Çəkişmə vəkillər tərəfindən aparılır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …