Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Ailəmi dağıtdığım üçün peşmanam” – Əməkdar artist

“Ailəmi dağıtdığım üçün peşmanam” – Əməkdar artist

Əməkdar artist Nahidə Orucova “Hüseynova bacıları” proqramında qonaq olub.

Aktrisa bildirib ki, həyat yoldaşı ilə ayrıldığı üçün peşman olub:

“Ayrılsam da, həyat yoldaşımla gözəl münasibətim var. Ən çətin günlərimdə birinci ona zəng etmişəm. Mənə maddi dəstək olub. Heç vaxt kiminləsə dava edib, sözləşmərəm. Üzüyumşaq adamam. Həyatdır, bizimki alınmadı. Ailəmi sənətə qurban verdim. Amma dəyməzdi. Qarşı tərəf mənə sərt qadağa qoydu: ya sənət, ya ailə. Peşmanam, çünki indi sənət yoxdur: teatr, çəkiliş, yaradıcılıq bitib. Tək qalmışam”.

Qeyd edək ki, aktrisanın bu nikahdan bir qız övladı var.

Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …