Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Ağakərimin oğlu Naziləni evə buraxmadı: Qohum-əqrəbalarını da…

Ağakərimin oğlu Naziləni evə buraxmadı: Qohum-əqrəbalarını da…

“Meyxanaçı Kərimin vəziyyəti son dərəcə ağırdır. Fəqət doğmaları, xüsusilə də oğlu Kamil Kərimi ziyarət etməyə qadağa qoyub. Sənətkarın evinə nəinki yadlar, hətta qohum-qardaşları da girə bilmirlər. Belə ağır xəstə xəstəxanada yatmalı deyilmi? Ona kömək lazımdır. Amma köməyə gələnlərə də qapı açmırlar”.

Bu sözləri qiraətçi Nazilə Səfərli instaqramda paylaşdığı videoda deyib.

Nazilə Səfərlinin sözlərinə görə, meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil incəsənət üzvlərinə qadağa qoyub.

“Ağamirzə deyir ki, gərək üç-dörd gün əvvəl xəbər verərdiniz, onlar da hazır olardı. Əziz qardaşım Ağamirzə, mən elçi gəlməmişəm, xəstə ziyarətinə xəbər nə gərək? Allaha and olsun sadəcə baş çəkib və gücüm çatandan dəstək olacaqdım. Nə çəkiliş, nə şəkil? İnsanlar çox qəddar olub. Bir dəqiqə sonranın sığortası yox ikən 4 günə kimin aqibətinin necə olacagına kim qərar verə bilər ki?Allah şəfa versin!” , – Nazilə paylaşımında qeyd edib.

O, Ağakərimin evinin qapısı önündə video paylaşaraq oğlunun onu içəri buraxmadığını iddia edib. Nazilə qeyd edib ki, Kamil Novruzov tək mədəniyyət üzvlərini yox, eyni zamanda qohum-əqrəbalarını da evə buraxmır. Milli.az

https://baku.ws/video2/v.php?v=1856185


Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …