Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” – LAYIHƏ

“Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” – LAYIHƏ

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin bu ilin may ayından icrasına başladığı və 3 ay ərzində gerçəkləşən “Mədəniyyət sahəsinə marağın yüksəldilməsi” layihəsinin məqsədi gənclər arasında mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəaliyyətdə iştirakçılığının artırılması üçün könüllülük fəaliyyətinin həvəsləndirilməsidir.
Layihənin son mərhələsi kimi iyul ayında formalaşan Könüllü Qrupları daha əvvəlki aylarda mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəliyyətdə iştirakçılığının artırılmasına və sosial-mədəni həyat tərzini təbliğinə istiqamətlənmiş mövzular üzrə təşkil edilən təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin praktik tətbiqi üçün təbliğat fəaliyyətlərinin təşkil edilməsini həyata keçirdilər. Onlar əhali arasında mədəni maarifləndirilmənin səviyyəsinin yüksəldilməsi və mədəni fəliyyətdə iştirakçılığının artırılmasına çalışaraq, bu sahədə fəaliyyətin həvəsləndirilməsi üzrə işlər yerinə yetirdilər. Bundan əlavə Könüllü Qrupunun üzvləri və təbdirin mütəxəssisləri tərəfindən təbliğat aparılan ərazilərdə yeniyetmə və gənclər arasında xüsusi istedadlı və yaradıcı şəxslər müəyyən edildi. Sonra onlarla müvafiq işlər aparıldı və tədbirə cəlb olunan mütəxəssislər kurslar keçərək yeniyetmə və gənclərə müxtəlif əl işlərinin hazırlanma metodlarını nəzəri formada öyrətdilər. Bu biliklər praktik olaraq həyata keçirildi və bu cür bacarıqları olan yeniyetmə və gənclər tədbir çərçivəsində təşkil olunan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırldılar.

Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgiyə dəvət edilən müxtəlif qonaqlar oradakı işlərin müəllifləri tanış oldular, onların gələcək fəaliyyətlərini dəstəkləməyə çağırış edildi.
Sözügedən layihədə qaldırılan problemin həlli “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın “2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi” bəndindəki “Qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması, fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması” və eləcə də, həmin Konsepsiyanın “2.5 Təhsil və insan resurslarının inkişafı” bəndindəki “mədəniyyət sahəsində təhsil, o cümlədən əlavə təhsil sisteminin təkmilləşdirilməsi,” və “müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə çıxarılması işinin davam etdirilməsi” istiqamətləri üzrə nəzərdə tutulanların icrasına tövhə vermiş olacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın