Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / 14 yaşında nişanlandığı deyilən qızın nənəsi ağır danışdı: – “Oğlum onu deyənin arvadını evindən aparar”

14 yaşında nişanlandığı deyilən qızın nənəsi ağır danışdı: – “Oğlum onu deyənin arvadını evindən aparar”

“Mənim nəvəm nişanlanmayıb.”

Bunu AzNews.az-a açıqlamasında Samux rayonunda nişanlanan 14 yaşlı qızın nənəsi Zimzar Əliyeva bildirib.

“Mənim nəvəmin 16 yaşı var. 10-cu sinifə keçib. Nə nişan, nə məclis? Biz elə-belə ailə deyilik. Mənim evim, kəndim var, gəlib maraqlansınlar. Necə qız nişanlamışam ki, onu kənddə bilən yoxdur? Allaha and olsun onu deyənin evinə od vuraram. Əflatunun bir oğlu, bir qızı var. Əflatun elə-belə oğlan deyil. Onu deyənin arvadını, qızını evindən aparar. Bizim evdə telefonu olan yeganə mənəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm.”

Samux rayonuda 14 yaşlı qızı özündən xeyli böyük oğlana nişanlayıblar. Ölkə.az-ın məlumatına görə, rayonun Qarabağlar kəndinin Əflatun adlı sakininin 14 yaşlı qızı Nərminə (ad şərtidir) ailənin təzyiqi ilə Rusiyada yaşayan iş adamına ərə verilir. Bildirilir ki, 38 yaşlı Əflatun heç yerdə işləmir və ailəsinin maddi durumu ağırdır.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın