Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / Ədliyyə nazirinin beş müavini oldu – SİYAHI

Ədliyyə nazirinin beş müavini oldu – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla general-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

Modern.az saytı xəbər verir ki, bu təyinatla ədliyə naziri Fikrət Məmmədovun müavinlərinin sayı 5 nəfərə çatıb.

Belə ki, indiyədək nazirin 4 müavini fəaliyyət göstərirdi və bugünkü sərəncamla onlara toxunulmayıb.

Ədliyyə nazirinin əvvəlki 4 müavini aşağıdakılardır:

II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev;
II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov,
II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov;
Nazir müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov.

Həmçinin oxuyun

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Bakupost.az xəbər …

Bir cavab yazın