Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qadını şantaj edən dələduz iş başında yaxalandı – Video

Qadını şantaj edən dələduz iş başında yaxalandı – Video

İnsanları şantaj edən şəxs tutulub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Ağcabədi rayon sakini olan bir qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Baş idarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev qeyd edilən xanımdan 3 min dolları alan zaman saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Rakif Quliyev bu ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2 min manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd qızıl onluq, 9 ədəd qızıl 15-lik, 1 ədəd “osmanlı” qızıl onluq, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.

Faktla bağlı baş idarənin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın