Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / “Əgər atəşkəs pozularsa, məsuliyyət Ermənistanındır…” – Əliyev Putinlə danışdı

“Əgər atəşkəs pozularsa, məsuliyyət Ermənistanındır…” – Əliyev Putinlə danışdı

Vladimir Putin aprelin 5-də İlham Əliyevə telefonla zəng edib. 

“Qafqazinfo” prezidentin mətbuat xidmətinə isitnadən xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlət başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …

Bir cavab yazın