Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Zəfər abidəsinə görə çoxmərtəbəli bina sökülür

Zəfər abidəsinə görə çoxmərtəbəli bina sökülür

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …