Ana səhifə / Sosial / Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR

Yasa getmək adı ilə karantini pozan şəxs məşhur idmançı imiş — FOTOLAR

Bu gün Daxili işlər Nazirliyi “8103” qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.


Saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.

O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.

İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.


Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus “Go Fitness” idman zalında fitnes müəllimi kimi çalışır.(oxu.az)

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …