Yardımlı rayonunda sosial-iqtisadi vəziyyət o qədər pisdir ki, bunu
sözlə belə ifadə eləmək olmur. Bu acınaacqlı vəziyyətə baxmayaraq
Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovu nə rayonun, nə
də sakinlərin problemi maraqlandırmır”.
Bu, Pravda.az-a daxil olan şikayət məktubunda qeyd edilib.
Şikayətdə bildirilir ki, icra başçısı Ayaz Əsgərov özünü Yardımlıda
prezidentin nümayəndəsi kimi aparmır: “Bütün bu səlahiyyətləri başçının
müavini Mahir Mirzəyev həyata keçirir. Əsas şikayətimiz Yardımlının
əksər kəndlərində qazın olmaması, bundan başqa tez-tez elektrik
enerjisinin kəsilməsi ilə bağlıdır. Elektrik enerjisinin kəsilməsi isə
əsasən elektrik xəttlərinin və dirəklərinin istismardan çıxması və
həddən artıq yararsız vəziyyətdə olmasıdır. Qaz olmadığına xüsusən qış
aylarında elektrik enerjisinə olan tələbatın artması nəticəsində
elektrik xətləri sıradan çıxır və bəzən kəndlər uzun müddət işıqsız
qalırlar”.
Qeyd olunub ki, bu problemlə bağlı dəfələrlə icra başçısına və Mahir
Mirzəyevə müraciət edilərək elektrik xəttlərinin, həmçinin dirəklərin
dəyişdirilməsi xahişi edilsə də, problemlər həll olunmur: “İcra başçı
hər bir səyyar görüşdə sakinlərə bu problemin həll olunacağını söz versə
də, görüşü tərk edən kimi yardımlıların bu əsas problemini unudur”.
Məktubda rayonda Mahir Mirzəyevin qohumlarının irəli çəkilməsi tənqid
edilib: “Yardımlı ilə bağlı “Google” axtarış sistemində araşdırma
aparsanız görərsiniz ki, Yardımlının qeyri-rəsmi “sahibi”nin 10-larla
yaxın qohumu rayonda vəzifəli şəxsdirlər və onlar rayonun bütün
əhəmiyyətli vəzifələrini ələ keçiriblər. Bu insanlar Mahir Mirzəyevin
“qüdrətli hakimiyyətindən” sui-istifadə edərək Yardımlı camaatının
sonuncu tikəsini belə boğazlarından çıxarırlar. Mirzəyevin rayon
müəssisələrinin elan etdiyi tenderləri udmaq üçün tam 42 şirkəti var və
Yardımlıda elan olunan heç bir tender bu şirkətlərdən yan keçmir. Mahir
Nirzəyev rayonda 100-lərlə hektar torpaq sahəsinə, fermalara,
texnikalara sahibdir. O, 20 ildən artıqdır ki, eyni statusla Yardımlını
idarə edir. Bu günə qədər 4 başçı dəyişən Mahir Mirzəyev hamısını
oyundankənar vəziyyətdə saxlamağı bacarıb və Yardımlıda əsl söz
sahibinin özünün olduğunu çətinlik çəkmədən ortaya qoya bilib”.
İttihamlarla
bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərə cavab
verən olmayıb. Bütün hallarda, qarşı tərəfin də mövqeyini dərc etməyə
hazırıq.
Həmçinin oxuyun
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …