Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin mətbuata
verdiyi açıqlamaya görə, yolun çökən hissəsi 100 metr ərazini əhatə
edir: “Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət
zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat
vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”.
Problemin
aradan nə zaman qaldırılacağına toxunan qurum sözçüsü hazırda AAYDA
əməkdaşlarının ərazidə araşdırma apardığını, təmir-bərpa işləri bir neçə
ay çəkəcəyini qeyd edib.
Qlobal.az-ın
məlumatına görə, iqtisadçı ekspert, jurnalist Qadir İbrahimli hadisə
barədə feysbuk səhifəsində maraqlı xəbər paylaşıb. Onun yazdığına görə,
sözügedən ərazidə yol tikinti və bərkitmə işlərini “Azəryolservis”
ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib: “O vaxt iş
icraçısı tikintini standartlara uyğun apardığına görə Xaqani Kazımovun
qəzəbinə tuş gəlib. Söhbətin şahidlərinin sözlərinə görə, Kazımov gənc
iş icraçısına deyib ki, bəs gələn il barmaq sovuracağıq? Yəni
keyfiyyətsiz təmir edin ki, hər il “təmir” adıyla pullar silinsin. Bu
cinayət əməlidir və Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb
olunmalıdır”.
Qeyd
edək ki, mətbuatda Xəqani Kazımovun rəhbərlik etdiyi idarənin apardığı
yol tikinti işlərinin keyfiyyətsiz olması barədə zaman-zaman yazılıb.
Həmin yazılarda X. Kazımovun övladlarının dəyəri yüz min dollarlarla
ölçülən bahalı avtomobil kolleksiyasına sahib olduğu da iddia olunub.
Xatırladaq
ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa
işləri cari ilin mart ayında bitib. Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin bu barədə yaydığı məlumatda deyilirdi: “İşlər çərçivəsində
sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək
kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb,
11 min kub/m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri
görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca
tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan
istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv/m sahədə alt və üst lay
olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv/m
əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü
döşənib”.
AFN
xatırladır ki, Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl
medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və
bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Bundan sonra
Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun
harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu
işdən qovmaqla kifayətlənməyib. O, Vüsal Kazımova görə prokurorluq
orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların
xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib.
Zakir Qaralovun müvafiq əmrində deyilir:
“1.Bakı
şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə
təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə
pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.
2.Səbail
rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər
prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək
intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin
görülməsi tələb olunsun”.
V.Kazımovun prokurorluq orqanlarından qovulmasına səbəb olan bahalı avtomobil kolleksiyasının fotolarını təqdim edirik:
0
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …