Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Xızılı Geno kişi niyə əlilik dərəcəsi ala bilmir?- Şikayət

Xızılı Geno kişi niyə əlilik dərəcəsi ala bilmir?- Şikayət

Xızı rayon sakini Quliyev Geno Əli oglu Azinforum.az-a müraciət edərək, ona əlillik dərəcəsinin verilmədiyindən şikayətlənir:

”Hörmətli redaksiya! Mən, 1958-ci ildə anadan olmuşam. İlk epileptik halım 2006-2008 -ci illəri əhatə edir. Bu hal intensivləşdiyindən 28-07-2016, 04 -08 -2016, 04- 02- 2015,10-02-2015, 06 -01 -2018, 13 -01 – 2018-ci il tarixlərində Bakıda ,Sumqayıtda və Xızıda stosianar müalicə almışam. Əlimdə hal şahidlərinin imzalı etirafları və Sumqayıt şəhər TTTYS-in müvafiq sənədi var. Hər iki nazirliyə ərizə ilə müraciət etmişəm , Səhiyyə Nazirliyindən /2-83/Q-5657 nömrəli rəsmi cavab gəlib. ƏƏSMN-dən isə əlaqə saxlayib 19-04 -2018 – ci il tarixində cavabın göndərildiyini bildirsələr də, həmin məktub bizə yetişməyib.
Bütün bunlara baxmayaraq, Xizi rayon Mərkəzi Xəstəxanasının baş həkimi xəstə olmadığımı bildirir və mənə əlillik dərəcəsinin düşmədiyini deyir. Onlar hətta xəstəxanadan mənim nazirliyə ünvanladigim ərizənin götürülməsi üçün, ütümə bir kənd sakinini xaişə belə göndəriblər. Görəsən, bu zərurət nədən yaranıb?
Rastlaşdığım bü süründürməçiliklə bağlı və bütün digər qaranlıq qalan məqamlara hüquqi müstəvidə aydinliq gəlməsinə cəhd edəcəm. Xızı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi bildirir ki, ƏƏSMN -də struktur dəyişikliyinə görə, əlilik dərəcəsi ilə baglı onlayn sistem dayandırılıb.
Mən ƏƏSMN -dən qeydiyyat şöbəsi ilə telefondan əlaqə saxladım. Bildirdilər ki, onlarda belə bir məlumat yoxdur”.
Mözvu ilə bağlı adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA,
Azinforum.az

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …