Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Xəzərdə suyun səviyyəsi yarım metr azalıb

Xəzərdə suyun səviyyəsi yarım metr azalıb

Ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsi 50 sm azalıb.

Bunu İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Məhəmməd Rza Kavyanpur deyib.

Onun sözlərinə görə, nəticədə Xəzər dənizinin 190 milyard kubmetr suyu məhv olub.

O əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyi nəticəsində mövcud olan istilikdir:

“Ötən il hava temperaturunun 1,3 dərəcə yüksəlməsi müşahidə olunub. Bu ildə də temperaturun 1-4 dərəcə yüksələcəyi gözlənilir. Temperaturun yüksəlməsinin su ehtiyatlarına və su səviyyəsinin azalmasına birbaşa mənfi təsiri var”.

İranlı rəsmi bildirib ki, təkcə ötən 10 ay ərzində Xəzər dənizində su səviyyəsi 25 sm azalıb.

Onun sözlərinə görə, Su Tədqiqatı İnstitutu Xəzər dənizi ilə əlaqədar əhatəli araşdırma aparır və tezliklə onun nəticələri elan olunacaq. Trend

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …