Ana səhifə / Sosial / Velosiped sürmək üçün xüsusi zolaqlar salınacaq (VİDEO)

Velosiped sürmək üçün xüsusi zolaqlar salınacaq (VİDEO)

Paytaxt Bakıda, o cümlədən bölgələrdə velosiped sürənlər üçün xüsusi zolaqlar salınacaq.
Layihə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən həyata keçiriləcək.
Sənəddə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqları və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyənləşdirilməsi və bununla bağlı müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, layihənin reallaşması üçün paytaxt yollarında bütün imkanlar var. Ancaq bununla belə infrastrukturla yanaşı, velosipedin nəqliyyat vasitəsi kimi təbliğinin aparılması da vacibdir.
Dövlət proqramına əsasən, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yolların yaradılması da nəzərdə tutulur.
Eyni zamanda, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları da təşkil olunacaq. Həmçinin avtomobil yollarında mal-qara keçidlərinin sayının artırılması da nəzərdə tutulur.


Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …