Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan pravoslavları Milad bayramını qeyd ediblər – FOTOLAR

Azərbaycan pravoslavları Milad bayramını qeyd ediblər – FOTOLAR

Pravoslav xristianları ən əsas bayramları olan İsa Peyğəmbərin anadan olmasını qeyd ediblər. Bakıda yanvarın 6-dan 7-nə keçən gecə Jen-Mironosits kilsəsində bayram tədbiri keçirilib.

Bütün dünyada milyonlarla pravoslav xristian Milad bayramını qeyd edirlər. Beləliklə, onların 40 günlük pəhrizi tamamlanır.

Yanvarın 6-dan 7-sinə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. Ənənəvi olaraq, əsas Milad ayini isə Jen-Mironosits kilsəsində qeyd olunub. Mərasimi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bu bayramı yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət simvolu adlandırıb.

Qeyd edək ki, Milad bayramı ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində Məryəm anadan dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Jen-Mironosits kilsəsində qeyd olunan Milad ayininin şəkillərinə Sputnik Azərbaycan-ın fotolentində baxın.

  • Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini
  • Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini Jen-Mironosits kilsəsində Milad ayini

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …