Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Uşaqlarımız üçün “əlçatan” təhlükə – Narkomaniya (VİDEO)

Uşaqlarımız üçün “əlçatan” təhlükə – Narkomaniya (VİDEO)

Son günlər paytaxtın müxtəlif ərazilərində küçələrdə, binaların girişində eləcə parklarda istifadə olunmuş şpirislərlə bağlı paylaşımlara rast gəlinir. Həyəcan təbili çalan vətəndaşlar istifadə olunan, olunub atılan bu şpirislərin sonradan törədə biləcəyi fəsadlardan narahatdır.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Bəşəriyətin bəlalarından sayılan narkomaniyanın genişlənməsi kimi onun cavan nəsillərə sirayət etməsi də faciə kimi qəbul olunur.
Araz Əliquliyev – Narkoloji Dispanserin baş həkimi: “31-32 min insan bunun ağır formasından istifadə edir. Daha çox 25-40 yaşlarında insanlardır”.
Bəs, evimizin qarşısına kimi ayaq açan bu bəladan necə qorunaq? Mütəxəssislər deyir ki, ən başlıca mübarizə ictimai qınaqdır. Narkomaniyadan əziyyət çəkənlərin əksəriyyəti ətrafı, ailəsi tərəfindən gizlədilir. Bu da həmin şəxslərin harda gəldi bu tələbatlarını ödəməsinə yol açır.
Şəmsəddin Əliyev – Sabiq Polis rəisi: “Ailəsi bilir ki, bu narkotik qəbul edir, gizlədir. Bir binanın bir blokunda bir nəfər narkotik vasitə alüdəçisidirsə, bu butün bina üçün təhlükəlidir”.
Bu şpirislərin hansı məqsədlər üçün istifadə edilməsindən aslı olmayaq, onların ətrafda yaradacağı təhlükə önəmlidir. Nəzərə alsaq ki, bu şprislər əhalinin xüsusən də hər şeyə maraq göstərən uşsqlar üçün əl çatan yerlərə atılır, bu da istənilən xəstəliyin yayılmasını qaçılmaz edır.
Narkomanlıq və narkomaniyanın qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Eyni zamanda profilaktik tədbirlər də əsas təsir mexanizmi sayılır.
Ölkəmizdə narkotik maddələrin və psixotrop vasitələrin qəbulu ilə bağlı normalar hələ 2005-ci ildə təsdiq edilib. Yəni narkotik asılılıqdan əziyyət çəkən insanlar həmin normalar daxilində bu maddələrdən qəbul edə bilər. Amma cəmiyyət içərisində deyil, ancaq mənzil və tibb ocaqları kimi xüsusiləşmiş yerlərdə.


Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …