\”Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Təhsil Nazirliyinin 400 nömrəli əmri ilə təsdiq edilən \”Ali təhsil müəssisələrində kafedra müdiri, dekan, dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında sənəd”in tələblərinə uyğun olaraq oktyabrın 17-dək Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134-ə göndərə bilərlər”.
ADU-da kafedra müdiri vəzifəsinə müsabiqə elan edilən kafedralar bunlardır:
Filologiya və jurnalistika fakültəsinin nəzdində xarici dillər kafedrası
Filologiya və jurnalistika fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrası
Filologiya və jurnalistika fakültəsinin nəzdində alman dilinin fonetikası və qrammatikası kafedrası
Filologiya və jurnalistika fakültəsinin nəzdində fransız dilinin fonetikası və qrammatikası kafedrası
Filologiya və jurnalistika fakültəsinin nəzdində Azərbaycan dilçiliyi kafedrası
Filologiya və jurnalistika fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kaferası
Filologiya və jurnalistika fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində xarici dillər kafedrası
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində fəlsəfə və ictimai elmlər kafedrası
Təhsil fakültəsinin nəzdində xarici dillər kafedrası
Təhsil fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası kafedrası
Təhsil fakültəsinin nəzdində alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Təhsil fakültəsinin nəzdində fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Təhsil fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Təsil fafültəsinin nəzdində psixologiya kafedrası
Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində xarici dillər kafedrası
Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin nəzdində roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası.
Dekan vəzifəsinə müsabiqə elan edilən fakültələr bunlardır:
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi
Tərcümə və mədəniyyətşünaslıq fakültəsi.
Qeyd edək ki, müsabiqədə lazımi elmi-pedaqoji, elmi ad və dərəcələrə, yüksək peşə-ixtisas hazırlığına, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.