Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş.

Hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi olub.

Həmçinin oxuyun

Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …