Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Ombudsman və icra başçısı qazinin toyunda rəqs etdilər -VİDEO

Ombudsman və icra başçısı qazinin toyunda rəqs etdilər -VİDEO

Lənkəranda Vətən müharibəsi qazisi Vələhd Vəliyevin noyabrın 11 də toy şənliyi keçirilib.
Toya gələn qonaqlar arasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub.
Vətən müharibəsi qazisinin şad günündə yanında olan Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Ombudsman Səbinə Əliyeva qazimizi təbrik edib, ona xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu ediblər. Bildirilib ki, qazilərimizə diqqət və qayğı ən yüksək səviyyədə həyata keçirilir. Qeyd olunub ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Zəngilan istiqamətindəki döyüşlər zamanı şəhid olduğu deyilən leytenant Vəliəhəd Vəliyevin dəfn mərasimi keçirilmişdi. Daha sonra məlum olmuşdu ki, V.Vəliyev erməni əsirliyndədir. Bundan sonra o, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən və girovluğundan azad olunmuşdu.Allah xoşbəxt eləsin!

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …