Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ukrayna ordusu 3 min kvadrat kilometr ərazini azad etdi

Ukrayna ordusu 3 min kvadrat kilometr ərazini azad etdi

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda indiyədək 3000 kvadrat kilometr ərazini azad edib.

Bunu Cənub Ordu Komandanlığının sözçüsü Natalya Qumenyuk açıqlayıb.
“Bu istiqamətdə işlər davam edir. Biz azad edilmiş ərazilər barədə məlumatları ictimailəşdirməyə tələsmirik. əgər ötən gün cəmi 260 kvadrat kilometr azad edilmişdisə indi 3000 kvadrat kilometrdən çox ərazi nəzarətimiz altına qayıdıb” – deyə Qumenyuk bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …