Ana səhifə / Gündəm / VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR – RƏSMİ 

VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR – RƏSMİ 

Yay mövsümünün gəlişi ilə əlaqədar artıq bir çoxlarımız istirahət üçün planlar qururuq. Ölkə daxili və ölkə xarici səfərlərə yollanmaq üçünsə tur şirkətlərinə müraciət edirik. Bəs görəsən o tur şirkətləri nə qədər etibarlıdır? 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, yay mövsümünün gəlişi ilə bağlı müxtəlif işbazlar tərəfindən vətəndaşın etibarından sui-istifadə etməklə dələduzluq halları müşahidə olunur:

“Həmin işbazlar tur paket satmaq, hotel bron etmək, həmçinin aviabilet almaq məqsədilə vətəndaşların pulunu mənimsəyirlər. Bu sferada kibercinayətkarlıq faktı da danılmazdır. Belə ki¸ tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır. 

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, tur paket almamışdan əvvəl mütləq araşdırma aparsınlar, inandıqları turizm şirkətlərinə müraciət etsinlər, şübhəli linklərə daxil olmasınlar. Dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etsinlər”.

Həmçinin oxuyun

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin …