Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Tramp Azərbaycana nə qədər borcludur?

Tramp Azərbaycana nə qədər borcludur?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Bakıdakı layihədən imtina üçün özünün Azərbaycandakı partnyorlarına nə qədər vəsait ödəməlidir?

Belə sualla Los Angeles Times nəşri çıxış edib.

Məlum olduğu kimi, bu yaxınlarda Tramp Azərbaycandakı mehmanxanadan imtina edib. Onun nümayəndələri bu qərarı inşaatçılar tərəfindən lisenziya razılaşmalarının yerinə yetirilməməsi ilə izah ediblər. Ancaq ekspertlər hesab edirlər ki, sazişin ləğv edilməsinin əsas səbəbi biznesmen Trampla prezident Tramp arasındakı potensial mənafe konfliktlərindən qaçmaq arzusudur.

“Bakıdakı Trump mehmanxanası dünyada ən yaxşı otel olacaq. Və bu bizim yalnız ən yaxşı qlobal layihələrdə iştirakımızın daha bir nümunəsidir “, – deyə Los Angeles Times milyarderin iki il əvvəl dediyi sözləri sitat gətirib.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Tramp Azərbaycandan olan partnyoruna da öz markasını satmışdı. Sövdələşmə 2014-cü ildə olmuşdu. Gələcək prezident elan etmişdi ki, bundan 2,8 milyon dollar qazanıb. İndi, biznesmen layihədən imtina edəndən sonra məntiqli sual yaranır: o, iki il əvvəl qazandığı gəlirin hansı hissəsini Azərbaycandan olan partnyoruna qaytarmalıdır?

Trump Organization-un əsas vəkili Alan Qarten Azərbaycan tərəfinə ödənilə biləcək vəsaitin məbləğini açıqlamaqdan imtina edib.

“Bakıda mehmanxananın tikintisi təxminən bir il əvvəl dayandırılıb. layihədən imtina barədə məktubu biz 30 noyabrda göndərmişdik. Məsələ qapadılıb. Və bunun üçün bizə onların razılığı lazım deyil”, – deyə vəkil bildirib.

Qarten bu addımın mənafe konfliktindən qaçmaq üçün atıldığını da inkar edib: “Amerika siyasətinin problemləri müqavilənin ləğv edilməsi üçün əsas deyil. Bunlar işgüzar qərarlar idi və yalnız layihələrin vəziyyətinə əsaslanırdı”.

Tramp yalnız Azərbaycandakı layihəsindən yox, həm də Gürcüstandakı, Braziliya və Səudiyyə Ərəbistanındakı binalarından da imtina edib. Bununla bərabər, o bütün dünyadakı – BƏƏ-də, Türkiyə, Filippin, Dominikan Respublikasında və başqa ölkələrdəki obyektlərindən gəlir götürməkdə davam edir.

Amerika nəşri hesab edir ki, hətta bəzi biznes-razılaşmalardan imtina da mənafe konfliktindən qaçmaq üçün kifayət deyil. “Tramp bildirib ki, biznesini öz uşaqlarına verəcək, amma bu da problemi həll etməyəcək”, – deyə LA Times vurğulayıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın