Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Sürücülər benzini maye qaza dəyişirlər: “Qiymətdə yarıbayarı fərq var…”

Sürücülər benzini maye qaza dəyişirlər: “Qiymətdə yarıbayarı fərq var…”

Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox məsafə qət etmək olur.

Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazından əsas fərqi qənaət baxımından daha sərfəli olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.

Ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.

Metan qazının avtomobillərə quraşdırılması da baha deyil. Belə ki, bu sistemin 4 silindrli avtomobillərə quraşdırılması 1250 manata, 6 silindrli avtomobillərə quraşdırılması 1350 manata, 8 silindrli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.

Metan qazının yeganə mənfi cəhəti yanacaqdoldurma məntəqələrinin az olmasıdır. Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir. (xezerxeber.az)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …