Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Suriya düyünü: Rus, türk, kürd və amerikalılar – TƏHLİL

Suriya düyünü: Rus, türk, kürd və amerikalılar – TƏHLİL

Türkiyə və Rusiya prezidentlərinin görüşdüyü bir vaxtda Rusiya bayrağını daşıyan zirehli texnika kürdlərin Xalq Müdafiə Birlikləri (YPG) ilə birgə Suriyanın Türkiyə ilə sərhəd bölgəsində keşik çəkir.

Ötən həftə Türkiyənin xarici işlər nazirinə istinad edən hökumətyönlü Sabah qəzeti Rusiyadan S-400 raket komplekslərinin alınacağını bildirib.

“Biz prinsip etibarilə Rusiyadan S-400-lərin alınmasına dair razılaşmışıq. Birgə istehsal və qiymətlər barədə danışıqlar davam etməkdədir”, – Mevlüt Çavuşoğludan iqtibas gətirən qəzetin məlumatında deyilir.

Türkiyənin S-400 havadan müdafiə sistemini almaq planları NATO müttəfiqlərində qıcıqlanma və ehtiyat hissi doğura bilər.

Ankara sanki NATO-ya messaj göndərir: Suriyada bizi və siyasətimizə dəstəkləmədiyiniz təqdirdə Rusiyaya üz tuta bilərik.

Lakin belə görünür ki, Moskva da kürd kartından istifadə edir.

Ötən həftə kürdlərin nəzarətində olan Türkiyə ilə həmsərhəd Afrin şəhərində Rusiya birləşmələri yerləşdirilib.

Məqsəd Türkiyəni YPG qüvvələrinə hücum fikrindən daşındırmaqdır.

İndiyədək Türkiyə Afrin şəhəri və onun ətrafındakı YPG mövqelərinə atəşə tutub.

Bu bölgədə həmçinin türk sərhədçilərilə kürd silahlıları arasında toqquşmalar da baş verir.

ABŞ və Rusiyadan fərqli olaraq Türkiyə hesab edir ki, YPG terrorçu tanıdığı PKK qrupunun törəməsidir.

Suriyada kürdlərin “Rojava” adlandırdıqları və nəzarət etdiyi daha bir bölgədə YPG ABŞ-ın xüsusi əməliyyatlar birləşmələrilə birgə keşik çəkir.

Buna qəzəblənən Türkiyə ABŞ-ı terrorçularla əməkdaşlıqda ittiham edib.

25 apreldə Türkiyə Suriyadakı YPG mövqelərinə zərbə endirib. Hücum nəticəsində 20 kürd döyüşçüsü ölüb və daha 18 nəfər xəsarət alıb.

Həmlələrlə bağlı Washington və Moskvada narahatlıq izhar olunub.

YPG qrupu ABŞ və Rusiya ilə yaxın əlaqələrə malikdir.

Washington Raqqa üzərinə həmləyə hazırlaşan Suriya Demokratik Qüvvələrinə dəstəyini bildirir.

YPG isə bu alyansın aparıcı qüvvəsidir.

YPG özünü İslam Dövləti adlandıran (İD) qruplaşmaya qarşı döyüşdə ən effektiv və mötəbər hərbi qüvvə hesab olunur.

ABŞ hərbçiləriŞimali Suriyada YPG ilə birgə əməliyyatda iştirak edən ABŞ xüsusi qüvvələri (25 may 2016)

Ankara istəyir ki, ABŞ kürdlərə yardımını dayandırsın.

Kürd məsələsi həmçinin Türkiyənin NATO ilə münasibətlərini çətinləşdirir.

Belə görünür ki, prezident Erdoğanın Moskvaya səfəri bir növ Qərbə ünvanlanan xəbərdarlıqdır: Kürdlərə dəstək davam edərsə – Ankara Moskvaya yaxınlaşa bilər.

Lakin belə görünür ki, Rusiya da kürd kartını əldən vermir.

ABŞ və Suriyaya dair Türkiyə siyasətinin dəyişdiyi təqdirdə Moskva kürdlərə dəstəyini artıra bilər.

Bu isə Ankara üzərinə daim təzyiq deməkdir.(BBC)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın