Ana səhifə / Sosial / Sumqayıtda yataqxana çökə bilər – VİDEO

Sumqayıtda yataqxana çökə bilər – VİDEO

Sumqayıt şəhərində yerləşən 16 saylı yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, binada yaşamaq olduqca təhlükəlidir.

Sakinlər binada qorxa-qorxa yaşadıqlarını deyirlər.

Onlar iddia edirlər ki, bina hər an çökə bilər.

Sakinlərin sözlərinə görə, istifadədə olan ayaqyolu yararsız hala düşüb. Elektirik naqlləri insanların həyatı üçün təhlükəlidir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib. Su və işıqla bağlı mövcud çatışmazlıqların aradan qaldırılması üçün hazırda binada iş gedir. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcək.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …