Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Son sutkada cəmi 3 nəfər koronavirusa yoluxub, vaksin vurulmayıb

Son sutkada cəmi 3 nəfər koronavirusa yoluxub, vaksin vurulmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.
Ötən sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …